Türkiyədə 37 avtomobilin toqquşması ilə zəncirvari yol qəzası baş verib
17:58 23.01.2022
Hadisə
686
Türkiyənin Anadolu magistral yolunun Düzce hissəsində güclü qar səbəbindən 37 avtomobilin toqquşması ilə zəncirvari yol qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, qəza nəticəsində magistralın İstanbul istiqaməti təxminən iki saat bağlanıb. Yolun təxminən beş kilometrlik ərazisini əhatə edən qəzada toqquşan avtomobillərdən beşi sərnişin avtobusu, ikisi mikroavtobus, yeddisi isə qoşqulu yük maşınıdır.
Hadisə ilə bağlı açıqlama verən Düzce vilayətinin səhiyyə müdiri Yasin Yılmaz indiyədək müxtəlif bədən xəsarətləri ilə 22 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.
İstanbul istiqamətində daha bir qəza iki sərnişin avtobusunun baryerlərə çırpılması nəticəsində meydana gəlib. Şəhərin giriş hissəsində yolun böyük bir qismində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Qeyd edək ki, Türkiyədə qarlı hava şəraiti davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
18:26 23.05.2026
Hadisə
“Qarabağ" üç futbolçunu klubdan göndərib
18:16 23.05.2026
Futbol
Türkiyədə bələdiyyə sədri güllələnib
17:52 23.05.2026
Hadisə
Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
17:51 23.05.2026
Dünya
Əğyar mizrabı...
17:41 23.05.2026
Cəmiyyət
Ermənistanda seçkilərlə bağlı həbs olunanlar var
17:20 23.05.2026
Region
Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib
17:03 23.05.2026
Region
BMT WUF13-ü tarixi hadisə adlandırdı - ŞƏRH
16:35 23.05.2026
Gündəm
76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb
16:02 23.05.2026
Maraqlı
SON DƏQİQƏ: Kılıçdaroğlu partiyadaxili birlik çağırışı etdi
15:49 23.05.2026
Gündəm
Qazaxıstanlı general Azərbaycana gəldi
15:31 23.05.2026
Gündəm
Latviyada naməlum dron gölə düşərək partlayıb
15:22 23.05.2026
Dünya
Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq
15:05 23.05.2026
Gündəm
Ukrayna ordusu Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
14:59 23.05.2026
Dünya
Elvin Cəfərquliyev milliyə çağırıldı
14:31 23.05.2026
Futbol
Qazaxıstan nümayəndə heyəti ölkəmizə səfər edib
14:29 23.05.2026
Gündəm
Özgür Özel CHP Qrup sədri seçildi
14:24 23.05.2026
Gündəm