Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 4333 nəfərə yüksəlib.
Sherg.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges məlumat verib. Onun sözlərinə görə, son məlumata əsasən, ölənlərin sayı daha 215 nəfər artıb, yaralananların sayı isə 16 min 740 nəfərə çatıb.
Rodriges bildirib ki, təbii fəlakət nəticəsində evsiz qalan 17 min 900-dən çox insan üçün 25 min yeni mənzilin tikintisi planlaşdırılır. O, dağıntılar altında axtarış-xilasetmə işlərinin davam etdiyini və indiyədək şəxsiyyəti müəyyənləşdirilə bilməyən 315 cəsədin aşkarlandığını qeyd edib.
Xatırladaq ki, ABŞ Geoloji Xidməti (USGS) iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyini açıqlamışdı.