Xaçmazda əməliyyatlar zamanı 6 nəfər saxlanılıb
Yusif Nəzərli
07:43 05.02.2024
Hadisə
323
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Abas Abbasov, Coşqun Qədirov, Ramid Nəsrullayev, Fikrət Əliyev və Quba rayon sakini Firidun Məmmədov saxlanılıblar.
Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı tanışının baş nahiyəsinə küt alətlə zərbələr endirərək onun sağlamlığına qəsdən ağır xəsarət yetirən Ruslan Zülfüqarov saxlanılıb.
Bütün faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Abas Abbasov, Coşqun Qədirov, Firidun Məmmədov, Fikrət Əliyev və Ruslan Zülfüqarovun barələrində həbs qətimkan tədbiri, digər şəxsin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya