Türkiyənin Kocaeli vilayətinin Derince rayonunun Fatih Sultan məhəlləsində baş verən hadisə böyük faciə ilə nəticələnib.
Sherg.az xəbər verir ki, psixoloji çətinliklər yaşadığı iddia edilən 44 yaşlı Soner Ata 12 yaşlı SMA xəstəsi oğlu N.E.A.-nın bağlı olduğu həyati əhəmiyyətli tibbi cihazın elektrik bağlantısını söndürüb. Daha sonra o, eyni evdə öz həyatına son qoyub.
Hadisə yerinə gələn yaxınlar vəziyyəti görərək dərhal təcili tibbi yardım və polis qüvvələrinə xəbər veriblər. Tibbi heyətin ilkin müayinəsi nəticəsində Soner Atanın həyatını itirdiyi müəyyən edilib.
Onun cənazəsi dəfn olunmaq üçün ailəsinə təhvil verilib.
Elektrik cihazının dayanması nəticəsində vəziyyəti ağırlaşan 12 yaşlı N.E.A. isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.