
“Yalvarıram sizə, qurtarın bu uşağı!!!”
Yusif Nəzərli
21:30 19.12.2022
Hadisə
725
Kəmalə Ağazadə: “"Totu" ləqəbli uşaq ölür, 2 il ərzində görün uşaq nə hala qalıb?”
“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkədə “Sevgi” Uşaq Sığınacağında saxlanılan uşağın vəziyyətinin ağır olması ilə bağlı həyəcan təbili çalıb. Birlik sədri sosial şəbəkə vasitəsilə ictimaiyyətə səslənib: “Neçə vaxtdır qapadılması barədə qərar verilən, hələ də istintaq gedən (məndə olan məlumata görə, istintaq hələ davam edir), hər gün onlarla sosial şəbəkə izləyicici Sevgi Uşaq Sığınacağı adı ilə instaqramda paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı müraciətlər edir.

Neçə dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istiqamətləndirmişəm, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini ilə bu barədə danışıqlarımız olub, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ilə danışdığımda da bir söz deyilib:" Kəmalə xanım, istintaq gedir, gözləyirik!". Əzizlərim, gözləyirik?!.. "Totu" ləqəbli uşaq isə ÖLÜR!!! 2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib, soruşmusunuz? Ümumiyyətlə, qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür!!! Amma mən faktlara əsaslana bilərəm. Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür!!! Hörmətli dövlət qurumları!!! Yalvarıram sizə, qurtarın bu uşağı!!! Ölür uşaq... Sosial Xidmətlər Agentliyi, gedin qiymətləndirmə aparın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi uşağı tam müayinəyə götürün, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, yardım edin!!! Bakı şəhər Baş Polis İdarəsi, uşağın o qadının əlindən alınmasının həlli yolunu tapın!!! Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, məhkəmə qaydasında bu qadının fəaliyyətini məhdudlaşdırın!”. Daha sonra K.Ağazadə bunları əlavə edib:
“P.S. Bilirəm ki, əks tərəf hücuma keçəcək, mən qorxmuram!!! Bir uşaq xilas olacaqsa bütün zərbələrinizə hazıram!!! Bu səhifəyə cahil də baxsa nə daş verdiyini anlayacaq...”
Videodan görünür ki, uşağın durumu hədsiz ağırdır. Ayaq üstə güclə dayanan uşaq dəqiqələrcə gözlərini qırpmır, hətta ona uzadılan yeməyi də nə baş verdiyini anlamadan, anlaqsız vəziyyətdə, qeyri-ixtiyari qəbul edir. Uşağın üz cizgilərində heç bir ifadə yoxdur. Uşaq “robot”, həm də qorxudulmuş “robot” təsiri bağışlayır. Körpənin vəziyyəti sosial şəbəkələrdə ciddi müzakirə edilməkdə və onu bu vəziyyətə salanlar ən kəskin ifadələrlə qınanmaqdadır.
K.Ağazadənin paylaşımından sonra DİN məsələyə reaksiya verib. DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, həmin məsələ ilə bağlı polis və prokurorluq orqanlarında araşdırılma aparılıb: “Aparılmış araşdırma ilə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda həmin material məhkəmə icraatındadır”.
Qeyd edək ki, hazırda gərgin vəziyyətdə olan uşaq barəsində oktyabr ayında “Segvi Uşaq Evi” imzasıyla instagramda paylaşım edilib. Paylaşımda “Xeyirsevər, mərhəmətli insanların dəstəyinə ehtiyac var. Totuya genetik analiz olunmalıdır. Dəstəyinizə ehtiyac var” sözləri yazılıb. Həmin paylaşımda fotosu yerləşdirilən uşaq, normal vəziyyətdə görünür, üzü gülərdir. 2 ay içində nə baş verib ki, uşaq belə dəhşətli vəziyyətə düşüb?
Feysbuk səhifəsində rəy yazanlar uşağın müalicəsi adı altında külli miqdarda pul toplandığını, lakin bu vəsaitin hara, necə xərcləndiyini, uşağın niyə indiyədək müalicə almamasını hüquq-mühafizə orqanlarının araşdırmalı olduğunu, günahkarların cəzalandırılmasını tələb edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında oldular
10:40 27.09.2026
Siyasət
Naxçıvanda 27 Sentyabr - Anım Günü qeyd edilir
10:10 27.09.2026
Sosial
Salah heyətdən çıxarıldı
09:51 27.09.2026
Futbol
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət