Yeni Suraxanı bələdiyyəsinin sədri rüşvətlə bağlı həbs edilib
Yusif Nəzərli
11:57 21.02.2024
Hadisə
332
Bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaq-əməliyyat tədbirləri ilə Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Fikrət Quliyev Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oman körfəzində konteyner gəmisi raketlə vuruldu
15:06 11.08.2026
Dünya
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
15:01 11.08.2026
Hadisə
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
14:43 11.08.2026
İnfrastruktur
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya
Rusiyanın daha bir neft emalı zavodu vuruldu
11:04 11.08.2026
Dünya