Yevlaxda avtomobil iki qadının həyatına son qoydu

Yevlaxda baş verən qəzada iki piyada ölüb.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçən iki qadını vurub. Onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.