Azərbaycan Türkiyədən yeni “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) alıb.
Həmin PUA-lar Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul edilib.
Qeyd edək ki, fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
Mövzu ilə bağlı "Sherg.az"a danışan hərbi-ekspert Ədalət Verdiyev vurğulayıb ki, "Akıncı" hərbi PUA-ları kifayət qədər üstün xüsusiyyətlərə malik vasitələrdir:
" "Akıncı" PUA-larının Azərbaycan tərəfindən alınacağı əvvəldən məlum idi. 2022-ci ildə keçirilən teknofest Bakı festivalı zamanı bununla bağlı məlumat vermişdim. Bu PUA-ların alınması birmənalı şəkildə Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş potensialını daha da artıracaq. Eyni zamanda Ermənistan ilə güc balansını Azərbaycanın xeyrinə bir qədər də dəyişəcək".