Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
Prezident yeni dövr üçün qarşıda duran vəzifələrdən söz açarkən güclü ordu quruculuğunun davam etdirilməsini, hərbi sənayenin inkişafını, hərbi sənayenin inkişafının 2-ci mərhələsinə başlanması və bu sahədə asılılığın aradan qaldırılması və 2-ci Qarabağ müharibəsindən sonra bu istiqamətdə atılmağa başlanmış addımların uğurla tamamlanmasını xüsusi vurğulayıb.
Hərbi ekspert hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a bildirib ki, cənab prezident andiçmə mərasimindən sonrakı çıxışında müdafiə sənayesinin gələcəkdə necə təşkil olunacağı ilə bağlı yol xəritəsini açıqladı:
"Azərbaycan Silahlı Qüvvələri "Şuşa bəyannaməsi"- dən sonra Türkiyə mini modelinə keçid fonunda çox böyük yol qət edib. Bunun da tamamlanması önümüzdəki dövrdə baş verəcək. Xüsusi ilə ştat strukturunun hərbi təhsil sistemi Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılıb. Hazırda hərbi-texniki parkın silah-sursat texnikasıyla eyniləşdirilməsi prossesinə də başlanılıb. Yaxın vaxtlarda qardaş Türkiyə ilə birgə bu istiqamətdə irəliləyəcəyik. Bununla yanaşı müdafiə sənayesinə ayırıla biləcək vəsaitin ilkin dövrdə bir milyon dollar olacağı açıqlanıb. İndiki mərhələdə "World Defense Show 2024" sərgisində Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi 104 adda məhsul iştirakçılara təqdim olunub. Bu o deməkdir ki, artıq ölkəmizdə müdafiə sənayesi ixrac potensialına malikdir. Azərbaycan 4-cü nəsil texnologiyalarla dəstəklənən pilotsuz uçuş aparatlarını istehsal edir. Ona görə bu səhadə üzərimizə düşən əsas vəzifə texnoloji potensiala malik mühəndis heyyəti yetişdirməkdir".