Azad edilmiş ərazilərdə daha 79 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (12.02.2024 - 28.02.2024) açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 33 piyada əleyhinə mina, 46 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 886,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.