Rusiya ordusu Ukraynadakı münaqişə zonasında yeni mobil hərəkət taktikasından istifadə edir ki, bu da ukraynalıların onları aşkarlamasını xeyli çətinləşdirir.
Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.
Məlumata görə, Rusiya hərbi qulluqçuları elektrik skuterləri, motosikletləri və kvadrosikllərindən istifadəni getdikcə artırırlar, bu da onlara cəbhə xətti boyunca sürətlə yayılmasına imkan verir:
"15 hərbi qulluqçunun olduğu bir texnika vahidini vursanız, bunu etmək mümkündür və olduqca asandır. Amma bu 15 nəfər elektrik skuter sürəndə bu, ciddi problemə çevrilir".