Fransanın “Mirage 2000-5F” təyyarələri tezliklə Ukraynada olacaq.
Axar.az xəbər verir ki, bu barədə “Avions Legendaires” məlumat yayıb.
“İlk üç qırıcı yanvarın 20-nə kimi Ukraynaya çatdırılacaq. Eyni zamanda, bəzi mənbələr təyyarələrin artıq Ukraynada olduğunu, lakin hələlik yalnız təlim uçuşları həyata keçirdiklərini iddia edirlər”, - nəşr yazıb.
Rəsmi olaraq, nə Fransa, nə də Ukrayna məlumatı şərh etməyib.