Orduda baş verən cinayətlərin 99 faizi açılıb

Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmaqla, qanunun aliliyinin təmin olunmasına, o cümlədən Silahlı Qüvvələrdə hüquqazidd əməllərin qarşısının alınmasına yönəlib.

Teleqraf xəbər verir ki, bu barədə Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam, obyektiv araşdırılması və tələb edilən səviyyədə prosessual rəhbərlik nəticəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99 faizi açılıb.