XTQ-nin hissə və bölmələrinin təlimləri davam edir
Yusif Nəzərli
06:09 12.03.2024
Hərbi
648
Cari ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimdə müxtəlif fəaliyyətlər icra edilib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, təlimin planına uyğun olaraq, xüsusi təyinatlılar xəritə üzərində tapşırıqları dəqiqləşdirərək əməliyyat rayonunun dərinliyinə sızıb, şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Həmçinin yüksək dağlıq və çətin keçilən ərazilərdə, eləcə də sərt enişlərdə, sıldırım yamaclarda dağçılıq ləvazimatlarından istifadə etməklə hərəkət qaydaları məşq etdirilib.
Taktiki təlimdə snayperlər fərdi və cütlük şəklində hərəkət, atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərə atəş açma tapşırıqlarını da müvəffəqiyyətlə icra ediblər.
Bölmələrin idarə edilməsi üzrə komandir heyətinin bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, eləcə də hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol