2019-cu ilin ən yaxşı klub məşqçisi müəyyənləşib.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ölkələr üzrə nümayəndələri arasında keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.
İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp böyük üstünlüklə planetin ən yaxşısı olub. Almaniyalı səsvermədə 369 xal toplayıb.
İngiltərənin digər klubu “Mançester Siti”yə rəhbərlik edən ispaniyalı Pep Qvardiola 100 xal yığaraq 2-ci olub. Hollandiya “Ayaks”ını çalışdıran Erik Ten Haq 82 xalla ilk “üçlüy”ü tamamlayıb.
Qeyd edək ki, respondentlər ümumilikdə 19 çalışdırıcıya səs veriblər.