Millimizdə yeni baş məşqçi təyinatı oldu

Azərbaycanın pauerliftinq milli komandasında yeni baş məşqçi təyinatı olub.

Oxu.Az-ın xəbərinə görə, bu, Azər Mustafayevdir.

Onun ilk ciddi sınağı 4-8 dekabr tarixlərində keçiriləcək WRPF, WEPF, WAF və WSF-in birgə keçirdiyi sayca beşinci dünya çempionatında olacaq. Həmin dünya çempionatı Rusiyanın paytaxtı Moskvada keçiriləcək.


Qeyd edək ki, əvvəl baş məşqçi statusunda Şəmsi Bayramov gedirdisə, onun təyinatı qeyri-rəsmi xarakter daşıyırdı.