Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək “Qarabağ” – “Düdelanj” (Lüksemburq) oyunu üçün hakim təyinatları açıqlanıb.
Matçın baş hakimi Estoniya Futbol Federasiyasından Kristo Tohver olacaq.
Ona həmyerliləri Silver Koiv və Sten Klaasen kömək edəcək. Dördüncü hakim funksiyasını Yuri Frişer yerinə yetirəcək.