"Başakşehir" klubu ilə yollarını ayıran Arda Turanla bağlı İngiltərənin "Daily Mail" qəzeti xüsusi bir xəbər yayıb.
Sherg.az xəbər verir ki, "Qəhrəman idi, sıfıra endi" başlığıyla dərc olunan yazıda Ardanın futbolçuluq karyerasının xülasəsi təqdim edilərək, keçdiyi mərhələlər vurğulanıb.
Xəbərdə "Arda Turan bir zamanlar Türkiyənin ən həyəcanverici qabiliyyəti sayılırdı. "Barselonaya" imza atdığı zaman 30 milyon sterlinqlik bir oyunçu idi. İndi isə karyerası paramparça olmuş vəziyyətdədir" deyə bildirilir.
Arda Turanın milli komanda formasıyla "AVRO 2008"də əldə etdiyi müvəffəqiyyət, sonrasında "Atletiko Madrid"ə transfer olması və ardından "Barselona"ya gedişi də xatırlanan xəbərdə daha sonra deyilir:
"Barselona"ya gedərək karyerasının zirvəsinə qalxsa da sonrasında burada irəliləyə bilmədi, kimiləri onu gəlmiş - keçmiş ən pis transfer olaraq xarakterizə etdi. Sonra da 2.5 illik kirayəlik olaraq "Başakşehir"ə getdi"
Turan BƏY