Qazaxıstanın “Astana” futbol klubu ukraynalı mütəxəssis Roman Qriqorçukla imzaladıqları müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Qazaxıstanın altıqat ölkə çempionu ilə yollarını ayıran mütəxəssis klubun rəsmi saytı - fcastana.kz-a müsahibə verib.
O, qeyd edib ki, futbol həyatında yalnız irəli baxmaq lazımdır:
“Mən bütün klub rəhbərliyinə, məşqçilər heyətinə, futbolçulara, “Astana” ilə birgə keçirdiyimiz zaman kəsiyində bizlərlə olan hər kəsə təşəkkür etmək istəyirəm. Eyni zamanda, ev oyunlarında stadionda gözəl ab-hava yaradan azarkeşlərimizə minnətdaram. Əlbəttə, mən “Astana”nı izləməkdə davam edəcəyəm və əminəm ki, klub öz qarşısına ancaq ən yüksək nəticələr əldə etmək məqsədi qoyacaq.
Qeyd edək ki, 2015-2018-ci illərdə “Qəbələ”nin baş məşqçisi olan Roman Qriqorçuk ardıcıl iki mövsüm (2015/2016, 2016/2017) klubu Avropa Liqasının qrup mərhələsinə çıxarıb.