İrlandiyalı qarışıq döyüş növləri ustası Konor Makqreqor ikiqat UFC çempionu, amerikalı Donald Serronla Las-Veqasda baş tutan döyüşün hər saniyəsi üçün 2 milyon dollar qazanıb.
Titul döyüşü olmayan UFC-246 turnirində 40 saniyəyə qələbə qazanan 31 yaşlı irlandiyalı 60 milyon funt sterlinq əldə edib.
Britaniyalı jurnalist və teleaparıcı Pirs Morgan, UFC-nin Makqreqor ilə əlaqəli tvitini belə şərh edib: "40 saniyə ... Saniyədə 2 milyon dollar".
Qarşılaşma üçün mükafat məbləği ilkin olaraq 3.8 milyon funt sterlinq müəyyənləşdirilmişdi. Lakin baxış sayına görə bu rəqəmin xeyli artacağı bildirilir. K. Makqreqor iddia edir ki, 35 yaşına çatdıqda artıq milyarder olacaq.
Qarışıq döyüş növlərinin UFC 242 kateqoriyası üzrə ən güclü idmançılardan hesab edilən rusiyalı Həbib Nurməhəmmədovun vəziyyəti isə 50 milyon dollar qiymətləndirilir. Bu barədə UFC prezidenti Deyna Uayt Nurməhəmmədovun növbəti döyüşünə görə mümkün qonorardan danışarkən bildirmişdi.