Tramp Brayantın ölümündən yazdı: "Dəhşətli xəbərdir"

ABŞ Prezidenti Donald Tramp əfsanəvi basketbolçu Kobi Brayantın faciəvi ölümü ilə bağlı başsağlığı verib.

Axar.az xəbər verir ki, Tramp Tvitter səhifəsində Brayantın ölümünü dəhşətli xəbər adlandırıb:

“Məlumata görə, böyük basketbolçu Kobi Brayant və daha 3 nəfər Kaliforniyada helikopter qəzasında həlak olub. Bu, dəhşətli xəbərdir”.