Bugünkü iclasda Premyer Liqa və I divizion komandalarının sayının artılması da müzakirə olunub.
Oxu.Az xəbər verir ki, bu sözləri AFFA-nın yeni təyin olunmuş vitse-prezidenti Vaqif Sadıqov deyib.
Qurumun Seçki Konfransı və İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandıran V.Sadıqov Premyer Liqa və I diviziondakı klubların sayı barəsində danışıb:
“AFFA prezidenti tərəfindən də bildirildi ki, iştirakçı komandaların sayı növbəti mövsümdən artmalıdır. Hələlik neçə komanda olacağını bilmirik. Amma düşünürük ki, say artmalı və yeni gələnlər mütləq bölgələri təmsil etməlidirlər. Biz də bölgələrdə futbolun inkişafına çalışırıq”.
Vaqif Sadıqov həmçinin qeyd edib ki, AFFA Məşqçilər Komitəsi 23 yaşadək futbolçulardan ibarət milli komandanın yaradılmasını təklif edib. Həmin komandaya isə yerli mütəxəssis baş məşqçi təyin olunmalıdır.