Sultan Nəsrullayev 2012-2013-cü ilə qədər sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü olub. Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) Mətbuat Xidmətinin rəisi Sərxan Musalı deyib.
Onun sözlərinə görə, bundan sonra S.Nəsrullayev yığmadan ayrılıb və Dağıstana köçüb.
S.Musalı bildirib ki, 7-8 ildir AGF ilə əlaqəsi olmayıb və onun ölümü ilə bağlı heç bir məlumatımız yoxdur.
14:34
Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan Nəsrullayev Rusiyada ağır yol-nəqliyyat hadisəsində ölüb.
Midag.ru xəbər verir ki, bununla bağlı əslən dağıstanlı olan idmançının yaxınları məlumat verib.
Qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub.
Hadisə zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib.
Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.