"Bavariya"nın məşqində əlbəyaxa dava düşüb


"Bavariya"nın bugünkü məşqi xoşagəlməz hadisə ilə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, futbolçular arasında əlbəyaxa dava düşüb.

Bir epizodda yarımmüdafiəçi Leon Qoretskanın topsuz olan müdafiəçi Jerom Boatenqə qarşı sərt oynaması ikincini özündən çıxarıb. Nəticədə komanda yoldaşının üzərinə şığıyan Boatenq onun sifətinə yumruqla vurub. Qoretskanın buna qarşılıq verməsinə araya girən digər futbolçular mane olublar.

Hadisədən sonra komandanın veteranları Tomas Müller və Robert Levandovski hər iki oyunçuya sərt şəkildə xəbərdarlıq edib.