Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Oxu.Az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, Kevin-Prins Boatenq İstanbul təmsilçisinin formasını geyinəcək.
O, İtaliya “Fiorentina”sından icarəyə götürülüb. 32 yaşlı Almaniya doğumlu qanalı futbolçu mövsümün sonunadək Türkiyə klubunda oynayacaq.
Qeyd edək ki, Kevin-Prins Boatenq “Milan” və “Barselona” kimi məşhur klublarda çıxış edib.