Madrid “Real”ının prezidenti Florentino Perez PSJ-nin fransız futbolçusu Kilian Mbappenin 2021-ci ildə 150 milyon avro qarşılığında transferini həyata keçirmək niyyətindədir.
Bu barədə İspaniyanın nüfuzlu AS nəşri yazıb.
Kluba yaxınlığı ilə tanınan nəşrin iddiasına görə, “Real” PSJ ilə 2022-ci ilə qədər müqaviləsi olan futbolçunun transferini növbəti il həyata keçirməyə çalışır. PSJ-nin oyunçunun transfer qiymətini fantastik məbləğdə təyin etməsi transfer ehtimalını aşağı salsa da, “Real”ın prezidenti Florentino Perez Mbappeyə görə 150 milyon avrodan keçməyə hazırdır.
Qeyd edək ki, Mbappe, həmçinin, İngiltərə nəhəngi “Liverpul”un da maraq dairəsindədir.