İtaliyanın “Yuventus” klubu futbolçulara dörd aylıq məvaciblərinin ödənilməyəcəyini açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə klub rəsmisi açıqlamasında bildirib.
Bildirilir ki, klub rəhbərliyi futbolçularla və məşqçilər heyəti ilə əmək haqqının azaldılması barədə razılığa gəlib.
Razılığa əsasən, komandanın üzvləri mart, aprel, may və iyun aylarında maaş almayacaqlar. Mövsüm bərpa olunan sonra “Yuventus” klubunun rəhbərliyi futbolçuların məvaciblərini ikiqat artıracaq.
Bu atdım “Yuventus” klubuna təxminən 90 milyon avroluq qənaət etməyə imkan verəcək.