PSJ yarımmüdafiəçisi ilə müqaviləyə xitam verdi


PSJ futbolçusu Xese Rodriqeslə yolları ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Sözləşmənin müddəti 2021-ci ilin yayında başa çatmalı idi.

Qeyd edək ki. “Real”ın yetirməsi olan Xese 2016-cı ildə Paris təmsilçisinə keçib. O, komandanın heyətində ümumilikdə 18 matça çıxaraq, 2 qol vurub.