Azərbaycanın daha bir sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda finala çıxmaq şansını əldən verib.
Yarımfinalda belaruslu Aleksandr Xuştinlə üz-üzə gələn Şamil Zubairov (97 kq) 0:8 hesabı ilə uduzub.
O, sabah bürünc medal qarşılaşmasına çıxacaq. Zubairovla yanaşı, Hacı Əliyev (65 kq) və Rəşad Yusifli (79 kq) də 3-cü yer uğrunda güləşəcək.
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Eloyan (Fransa) 9:5
1/4 final: Əhmədnəbi Qvarzatilov - Georgi Vangelov (Bolqarıstan) 4:3
1/2 final: Əhmədnəbi Qvarzatilov - Muhamad İkromov (Tacikistan) - 8:1
Final: Əhmədnəbi Qvarzatilov - Abbashacı Məhəmmədov (Rusiya)
65 kq
1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (Rusiya) 4:0
1/4 final: Hacı Əliyev - Ernazar Akmataliyev (Qırğızıstan) 6:4
1/2 final: Hacı Əliyev - İsmayıl Musukayev (Macarıstan) - 6:7
Bürünc medal görüşü: Hacı Əliyev - İlman Muxtarov (Fransa) / Niurqun Skriabin (Belarus) cütünün qalibi
79 kq
Təsnifat: Rəşad Yusifli - Muhammet Kotanoğlu (Türkiyə) 2:5
Təsəlliverici görüş: Rəşad Yusifli - Vasile Minjala (Rumıniya)
97 kq
1/4 final: Şamil Zubairov - Samhan Cəbrayılov (Moldova) 8:1
1/2 final: Şamil Zubairov - Aleksandr Xuştin (Belarus)- 0:8
Bürünc medal görüşü: Şamil Zubairov - Ahmed Batayev (Bolqarıstan)