Messi: “Barselona” çətin günlərini yaşayır, lakin mən mübarizə aparacağam”

“Barselona” klubunun ulduz futbolçusu və komandanın kapitanı Lionel Messi klubda qalmağa, İspaniya çempionatında və Çempionlar Liqasında mübarizəni davam etdirməyə hazır olduğunu bildirib.
Argentinalı futbolçunun fikirləri AS agentliyində dərc edilib.
“Yayı pis keçirməyimlə bağlı gəzən söz-söhbətlər həqiqətdir. O zaman mən mövsümün bitdiyinə görə çox pərişan idim. Ancaq bu gün yaxşıyam və bütün cəbhələrdə mübarizə aparmaq istəyirəm. Bilirəm ki, həm komanda, həm də klub rəhbərliyi çətin anlar yaşayır, amma mübarizə aparmağa davam edəcəyəm”, deyə L.Messi bildirib.