Futbol üzrə Azərbaycan Premyer Liqasında V turdan təxirə salınmış oyun keçirilib.
“Qarabağ” “Azərsun Arena”da “Səbail”i qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 18-ci dəqiqədə Ovusu Kvabena, 25-ci və 90+1-ci dəqiqədə Mahir Emreli, 85-ci dəqiqədə isə Patrik Andrade fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran “Qarabağ” liderliyə yüksəlib.
Matçda 9-cu və 10-cu qolunu vuran Mahir Emreli bombardirlərin siyahısında ilk sıranı ələ keçirib.