Mahir Emreli "Lester"lə oyunda qol vurub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu evdə İngiltərə "Lester"inə qarşı UEFA Avropa Liqasının qrup matçının 31-ci dəqiqəsində fərqlənərək, komandasını hesabda önə keçirib - 1:0.

Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır.