Messiyə görə işindən qovuldu

Lionel Messinin "İnter Mayami"yə transferi MLS-i şoka salıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, hamı 36 yaşlı futbolçunu bir anlığa görməyə can atır. Messiyə görə işindən qovulan Salamanka həmin anları belə təsvir edib:

"Avtobusların dayandığı ərazidə tualetləri təmizləyirdim. Xoşbəxtlikdən avtobus gələndə mən orada idim və bütün futbolçular düşdü. Sonuncu  Messi avtobusdan düşəndə ​​“Hey dünya çempionu” deyə qışqırdım və o, dönüb mənə baxdı. Elə bu vaxt formamı qaldırıb qələmimi ona göstərdim. Dərhal yanına gedib avtoqrafını aldım. Mühafizəçilər dərhal gəldi və məni tutub çölə atdılar. Messiyə formanı imzalamağa məcbur etdiyim üçün işimdən qovuldum, amma hər saniyəyə dəyərdi".