"Beşiktaş"a dönəcəyi iddia edilən Anderson Taliska susqunluğunu pozub.
Karyerasını Səudiyyə Ərəbistanı komandalarından olan “Əl-Nassr”da davam etdirən Anderson Taliska gələcəyi ilə bağlı açıqlamalar verib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 29 yaşlı braziliyalı futbolçu sosial media hesabında heç bir transfer danışıqları aparmadığını və "Əl-Nəsr"də oynamağa davam edəcəyini paylaşıb.
Taliska açıqlamasında, "Son saxta xəbərlərin əksinə olaraq, heç bir transfer danışıqları aparmamışam. Həm də "Əl-Nəsr"dən ayrılmaq fikrim yoxdur. Burada xoşbəxtəm və müqaviləmi 3 il müddətinə yenilədim. Mən davam edirəm. Bütün diqqəti növbəti mövsümə yönəltmişəm” deyə bildirib.
“Əl-Nassr”ın heyətində 64 oyuna çıxan Taliska indiyədək 44 qol vurub və 8 məhsuldar ötürmə edib.