Super Liqa təmsilçisi "Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara sosial media hesabında paylaşım edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Nara, "İkardinin "Qalatasaray" sevgisi haradan qaynaqlanır?" sualına “məndən ola bilər, ancaq indi də düşünürəm ki, “Qalatasaray"ı məndən çox sevirsən” deyə cavab verib.
Qeyd edək ki, Argentinalı ulduz İkardi mövsümün əvvəlində "Qalatasaray"la 3 illik müqavilə imzalayıb.
Nara tez-tez İstanbulun tarixi yerlərini gəzərək paylaşdığı fotoşəkillərlə gündəmə gəlir.
Kilyos sahilində dənizə girən Nara bir müddət əvvəl İstanbulda tarixi yarımadanı gəzib və bu meydanlardan çox danışılıb.