Dünyanın ən gözəl idmançısı meydan oxudu: "Mən onu "məhv" edərəm"


Dünyanın ən gözəl idmançısı seçilən alman olimpiyaçısı  Alisa Şmidt “Mançester Siti”nin dünyaca məşhur hücumçusu Erlinq Haalada meydan oxuyub.

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Alisa Şmidt,  "200 m qaçışda Haalandı məğlub etmək çox çətindir, lakin 400 m-də onu "məhv" edərəm" deyib. Gözəl idmançı sözlərinə davam edir:

"Mən Haaland ilə qaçmaq istərdim. Özümü belə yaxşı bir futbolçu ilə müqayisə etmək əladır. Bu, əla mübarizə olardı. Onu məğlub etsəm, xoşbəxt olaram.  Belə bir yarışa hər zaman hazıram. Haaland, gəl yarışaq, hansımızın daha sürətli olduğunu öyrənsinlər".