Ruslan Tağıyev Özbəkistanda çempion oldu

Tanınmış idmançı Ruslan Tağıyev Özbəkistanın məşhur idmançısını məğlub edərək çempion oldu.
"Sherg.az" xəbər verir ki, "budo" döyüş növləri üzrə dünya və Asiya çempionu Ruslan Tağıyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən EFC 35 -də rəqibi üzərində parlaq qələbə qazanıb. Qeyd edək ki, Ruslan Tağıyev peşəkar döyüşdə 5-ci qələbəsidir.

 Ruslan Tağıyevin rəqibi Özbəkistan Respublikasının tanınmış, məğlubedilməz idmançısı titulunu qazanan Baktierjon Kosimkhodjaevdir. O, 4 peşəkar döyüşdə məğlub olmayan idmançıdır.

Ruslan  Tağiyev həmçinin "budo"dan Azərbaycan çempionudur. Hal-hazırda SOCAR “Azəriqaz” İstehsalat Birliyində mühəndiz vəzifəsində çalışır.