Amerika Premyer Futbol Liqasının (MLS) komandalarından olan Los Angeles FC, İngiltərənin "Tottenhem" komandasının 11 il qapıçısı, 9 il isə kapitanı olan Huqo Llorisi heyətinə qatıb.
Sherg.az xəbər verir ki, klubdan verilən açıqlamada fransız qolkiperlə 2024-cü ildən qüvvədə olan 1+2 illik müqavilə imzalandığı bildirilib.
2012-ci ildən çıxış etdiyi "Tottenhem"in 9 il kapitanı olan Lloris 447 matçda meydana çıxıb.
Fransa Milli Komandası ilə 2018 Dünya Kubokunu qazanan 37 yaşlı Lloris 20 dəfə dünya çempionatında ən çox oyun keçirən qapıçı ünvanına sahibdir.