Türkiyədə şöhrət qazanan, bir müddət “Alanyaspor” və “Beşiktaş”da çıxış edən Vaqner Lav 39 yaşında Braziliyanın B Seriya komandası “Atletiko Qoianiense” ilə müqavilə imzalayıb.
Sherg.az xəbər verir ki, 2016-17 mövsümündə "Alanyaspor"la müqavilə imzalayan və növbəti mövsümün ara transfer dövründə "Beşiktaş"a keçən Vaqner Lavın yeni komandası bəlli olub.
Sonuncu dəfə “Sport Recife”də çıxış edən Lovenin yeni komandası “Atletiko Qoyaniense” olub.
Lav yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Karyerasında 689 matça çıxan braziliyalı forvard 315 qol vurub, 116 məhsuldar ötürmə edib.