Fatih Terim "Panatinaikos"la ilk imtahanını qazanıb


 Yunanıstan Superliqasında Fatih Terimlə ilk matçına çıxan "Panatinaikos" öz meydanında “PAS Giannina”nı 2:0 hesabı ilə məğlub edib. Terim Yunanıstanda ilk imtahanını qazanıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, liqanın 16-cı həftəsində “PAS Giannina”nı qəbul edən “Panatinaikos” 25-ci dəqiqədə Fotis İoannidis və 48-ci dəqiqədə Tonni Vilhenanın qolları ilə qalib gəlib.

Lider PAOK-dan sonra ikinci pillədə qərarlaşan "Panatinaikos" xallarını 37-yə yüksəldib, "PAS Cannina" isə 9 xalla sonuncu pillədə qalıb.