"Real Madrid" evində "Malyorka"nı tək qolla məğlub edib

 Arda Gülər ​​matçı ehtiyat oyunçular skamyasında bitirib

İspaniya La Liqanın 19-cu həftəsində "Real Madrid" "Malyorka"nı qəbul edib.

Sherg.az xəbər verir ki, matçın ilk hissəsi qolsuz başa çatıb.

"Real Madrid" ikinci hissədə Antonio Rüdigerin başla zərbəsi ilə 1-0 önə keçib və matç bu hesabla başa çatıb.

Liderliyini davam etdirən "Real Madrid" xallarını 48-ə yüksəldib, "Malyorka" isə 18 xalda qalıb.


Bu mövsümün əvvəlində "Real Madrid"ə transfer olunan türk futbolçu Arda Gülər ​​zədəsindən sonra "Malyorka" matçı üçün heyətə daxil edilib. Bununla belə, milli futbolçu matçı ehtiyat oyunçular skamyasında başa vurub.