"Beşiktaş" yeni məşqçisini tapdı! Prinsipial razılıq əldə olunub

Rıza Çalımbayla yollarını ayıran "Beşiktaş"da məşqçi axtarışlarının sona çatdığı öyrənilib. "Qara-ağlar"ın Covanni van Bronkhorstla prinsipial razılığa gəldiyi qeydə alınıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, "Beşiktaş"da heyət məşqçi axtarışlarını başa vurub. Rıza Çalımbayın gedişindən sonra bir çox məşqçi ilə danışıqlar aparan  komanda Covanni van Bronckhorsta üstünlük vermək qərarına gəlib. "Beşiktaş"ın təcrübəli çalışdırıcı ilə 1,5 illik müqavilə ilə bağlı prinsipial razılığa gəldiyi qeyd edilib.

Qeyd olunub ki, Covanni van Bronkhorstla bağlı ən mühüm problem həll olunub və qısa müddət ərzində rəsmi imzaların atılacağı gözlənilir.

Məşqçilik karyerasına "Feyenoord"da başlayan Covanni van Bronkhorst daha sonra GZ R&F və "Rangers" komandalarını çalışdırıb. “Reyncers”də çıxış etdiyi müddətdə UEFA Avropa Liqasının finalında çıxış edən hollandiyalı məşqçi aşağıdakı kubokları qazanıb:

1 - Hollandiya  Eredivise çempionatı
1 - Şotlandiya kuboku titulu
2 - Hollandiya Superkuboku çempionatı
2 - Hollandiya kuboku çempionatı