Sərgən  Yalçından ilk transfer: Messinin komanda yoldaşını istəyir


Bir müddət əvvəl “Antalyaspor”la müqavilə imzalayan baş məşqçi Sərgən  Yalçın argentinalı ulduz Messinin  komanda yoldaşını “İnter Mayami”dən istəyir. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, rəhbərlik "Antalyaspor"da vəzifəyə gəldikdən sonra müdafiə xəttini gücləndirmək istəyən baş məşqçi Sərgən  Yalçının hesabatı istiqamətində transfer çalışmalarını davam etdirir.

“Qırmızı-ağlar” rəhbərliyi ABŞ Futbol Liqası (MLS) komandalarından biri olan “İnter Mayami”də çıxış edən argentinalı futbolçu Lionel Messinin komanda yoldaşı Kristofer Makveyi heyətinə qatmaq üçün danışıqlara başlayıb. Karyerasını Avropada davam etdirmək istəyən isveçli müdafiəçinin də "Antalyaspor"un təklifini müsbət qarşıladığı öyrənilib.

Mərkəz müdafiəçi mövqeyindən başqa müdafiənin sağ, sol cinah və sağ mərkəz müdafiə bölgələrində də oynaya bilən Kristofer Makveyin  "Konyaspor", "MKE Ankaragücü" və digər klublarının da transfer siyahısında olduğu bildirilib. 

"İnter Mayami" ilə 1 illik müqaviləsi olan isveçli müdafiəçi bu mövsüm 23 matçda meydana çıxıb.