"Qalatasaray"ın yeni transferi braziliyalı futbolçu Karlos Vinisius rəsmi müqavilə imzaladıqdan sonra hisslərini GSTV-yə bildirib.
Sherg.az xəbər verir ki, 28 yaşlı futbolçunun açıqlamaları belədir:
"Çox sağ olun. Məni ilk andan tək qoymadılar, həmişə dəstək oldular. Azarkeşlərimizə və məni burada qarşılayan hər kəsə təşəkkür edirəm. Burada olmaqdan çox həyəcanlıyam. klubun məqsədləri üçün mübarizə aparacam. Ümid edirəm ki, ən qısa zamanda stadionda olacam.Azarkeşlərimizlə görüşəcəm və hədəflərimizə birlikdə nail olacağıq".