DÇ-2026 final mərhələsinin ilk və son oyunlarının keçiriləcəyi yerlər bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti açıqlama yayıb.
Açılış matçı iyunun 11-də Meksikanın paytaxtı Mexikodakı məşhur “Asteka” Stadiuonunda (83 000 tamaşaçı) keçiriləcək.
Mundialın final oyununa isə ABŞ ev sahibliyi edəcək. İyulun 19-a planlaşdırılan matç Nyu-Cersidəki “Metlife” (82 500 tamaşaçı) stadionunda oynanılacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatına ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.