Türkiyənin  futbol şərhcisi “Qarabağ"ın  hekayəsini paylaşıb 

Türkiyənin önəmli futbol şərhcisi Eray Can Gencer öz X hesabından bu dəfə "Qarabağ"ın hekayəsini paylaşıb! O, deyib ki, bütün Azərbaycan xalqının səsi və qüruru olan bu komandanın Qurbanovla birgə getdiyi bu əzm dolu hekayəni danışmaq istəyir:

“Qarabağ"  klubu qırğınların və müharibənin izlərindən yaranan , feniks kimi küllərindən doğan, ağrıdan Çempionlar Liqasına qədər uzanan bir hekayədir;

"Qarabağ" 1951-ci ildə Ağdamda yaradılmış Azərbaycan futbol komandasıdır. 1993-cü ildə Qarabağ ermənilər tərəfindən işğal edildikdən sonra klub didərgin salınıb. Həmçinin klubun məşqçisi Allahverdi Bağırov muharibədə şəhid olub. Klub qanlı hadisələrdən sonra Bakıya köçüb.

1998-2001-ci illər arasında maliyyə çətinliyi ilə mübarizə aparsalar da, "Qarabağ" 1999-cu ildə UEFA İntertoto kubokunda İsrailin "Makkabi Hayfa" komandasına vəsiqə qazanıb və avrokuboklara vəsiqə qazanan ilk Azərbaycan klubu olub.

2001-ci ildə Azərbaycanda fəaliyyət göstərən iri holdinqlərdən biri olan "AZERSUN"un Qarabağın yürüşünə sponsorluq etməsi ilə məqsəd və vəzifələr daha da böyüdü. 2003-cü ildə bu layihələr öz nəticəsini verməyə başlayanda “Qarabağ” Azərbaycan Liqasını 3-cü yerdə başa vurdu.

Küllərindən yüksələn döyüşçülərə başçılıq etmək üçün komandir lazım idi. Həmin komandirin adı Qurban Qurbanovdur.

Qurbanov dönəmində gözünü Avropaya dikmiş, oyun tərzini axıcı, hücumyönümlü və presli futbol üzərində quran “Qarabağ” 2009 -10-cu il mövsümünün 2-ci təsnifat mərhələsində Norveçin “Rusenborq”, III təsnifat mərhələsində Finlandiyanın “Honka” klublarını mübarizədən kənarlaşdırıb.  Bununla da Qurbanov Azərbaycan futbolunda Avropada ən çox qazanan məşqçi oldu.

2013-cü il mövsümündə mübarizə aparan Qurbanovun komandası 21 ildən sonra çempion olub və ardıcıl 7 il liqada dominantlıq edib. Son 9 ildə 8 çempionluq qazanan Qurbanovun komandası küldən qalxaraq Azərbaycan futbolunun lokomotivinə çevrilib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibi "Kopenhagen"i mübarizədən kənarlaşdıran "Qarabağ" kubokda qruplara vəsiqə qazanan ilk Azərbaycan komandası olub.

Qrup mərhələsində iştirak edərək "Çelsi", "Atletiko Madrid" və "Roma" ilə qrupda 2 xal toplayan bu əfsanəvi komanda bütün Azərbaycanın fəxrinə çevrildi.

Qurbanov dövrü ilə yerli futbolçuların düzgün istifadə və kəşfini və hər il transfer etdikləri əcnəbi futbolçuların əlavə töhfəsini alan komanda rəhbərliyi, məşqçisi və futbolçuları ilə hər komandaya çətinlik yaradan komandaya çevrildi.

Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə matçdan əvvəl "Evdən uzaqda, amma aid olduğun yerdə". “Qarabağ” Ağdamın işğal altında olduğunu, ona görə də Qarabağın vətəndən uzaqda olduğunu bayrağı ilə vurğulayan, öz tarixini unutmayan, bu tarixin məsuliyyəti ilə bütün Avropaya meydan oxuyan sanballı komandadır.