"Beşiktaş"ın gündəmində olan Rodriqes komandasından ayrılıb

"Beşiktaş"ın transfer gündəmində olan ulduz futbolçu Xames Rodriqes "San Paulo" komandasından ayrılıb.
Sherg.az xəbər verir ki, "San-Paulo"nun baş məşqçisi Tiaqo Karpini Xames Rodriqesin komandadan ayrıldığını açıqlayıb.

"Beşiktaş", ara transfer müddəti fevralın 9-da bağlanana qədər Rodrigesin transferini rəsmiləşdirmək istəyir.

“San Paulo”nun heyətində ümumilikdə 14 oyuna çıxan 32 yaşlı futbolçu 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

32 yaşlı Rodriges daha əvvəl "Real Madrid" və "Bayern Munhen" kimi dünya nəhənglərində çıxış edib.