Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.
Axar.az xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Morten Kroqa Vollenberg Rasmussen və Steffen Bramsen yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək.
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa”-“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.