“Qarabağ” - “Bayer” oyunu: Vaxt müəyyənləşdi!

“Qarabağ”ın Avropa Liqasının 1/8 finalında “Bayer”lə oyunlarının başlama saatı müəyyənləşib.

“Sherg.az” xəbər verir ki, komandalar arasında ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.

Cavab oyunu martın 14-də Leverkuzendəki “BayArena” stadionunda keçiriləcək və yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.