Balakən Olimpiya İdman Kompleksində “Üzməyi öyrənək” layihəsinin növbəti mərhələsinə başlanılıb. Layihə Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə sektorundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihəyə bu günədək rayonun ümumi təhsil müəssisələrindən 130 nəfərədək aşağı sinif şagirdi qoşulub. Məşqlər ödənişsiz keçirilir. Layihə mayın 8-dək davam edəcək.